"İnsan sağlamlığının keşiyində dayanan, öz peşə borcunu yerinə yetirən baş həkimlər, direktorlar bəzən təəssüf ki, əsəblərini cilovlaya bilmirlər".
Bunu "Sherg.az"a Qeyri-Hökumət Təşkilatları Formunun prezidenti Rauf Zeyni Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayevin vətəndaşa xəsarət yetirməsindən danışarkən deyib. Onun sözlərinə görə, özünü idarə etmək iqtidarında olmayan şəxslərin hər hansı idarəetmə orqanına təyinatını həyata keçirmək yolverilməzdir:
"Məlum insidentlə əlaqədar olaraq, məsələ araşdırılmalı, adekvat tədbirlər görülməlidir. Heç bir hüquqi şəxsin, direktorun vətəndaşı vurmaq ixtiyarı, səlahiyyəti yoxdur. Situasiyadan asılı olmayaraq, səbrlə, təmkinlə davranmalıdır. Vətəndaşın hüquqlarına zidd olan hallara yol vermək olmaz.dan qaçmaq laızmdırır".
Qeyd edək ki, 2019-cu ildə iş yoldaşının çənəsini qıran Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayev bu dəfə pasiyentin həyat yoldaşını yumruqlayıb. O, hakim qarşısına çıxarılacaq.