İsmət Səttarov: Audiovizual yayımçıların borcu yoxdur


"Bu günə qədər audiovizual yayımçıların borcu yoxdur".

APA xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.


O bildirib ki, ötən il kanallara ayrılan vəsait hesabına bütün borclar ödənilib. Şura sədri bu il rekord sayda radionun açıldığını da diqqətə çatdırıb:

"2022-ci ildə 4 yeni radio açılıb. Bu, rekord rəqəmdir. Hazırda onların sayı 15-dir".