Rusiya Azərbaycana qaz tədarükünü artırmaq barədə razılığa gəlib

Rusiya Azərbaycanın daxili istehlakı üçün qaz tədarükününün artırılması barədə razılığa gəlib.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Aleksandr Novak deyib.


"Azərbaycanla tədarükümüzü artırmaqla bağlı razılaşma var, çünki onlarda hələ də qaz qıtlığı var. Gələcəkdə onlar qaz hasilatını artırdıqda, biz svopları (əvəzetmə sxemi üzrə tədarük - red.) müzakirə edə biləcəyik", - Aleksandr Novak qeyd edib.

Noyabrın 15-də “Qazprom” yeni müqavilə əsasında Azərbaycana qaz tədarük etməyə başlayıb. Razılaşmaya görə, 2023-cü ilin mart ayına qədər 1 mlrd. kubmetrə qədər qaz tədarük edəcək. 2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər. 2023-cü ilə qədər qüvvədə olan müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya qazın, eləcə də qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın nəqlini nəzərdə tutur.