Ötən həftə yerli kanallara 5 milyon 251 min adam baxıb

Türk kanallarını isə 3 milyon 500 min adam izləyib

"Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb".

APA xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, ötən həftə yerli kanallara 5 milyon 251 min adam baxıb:

"Ortalama izləmə müddəti 4 saat olub. Türk kanallarına isə 3 milyon 500 min adam baxıb. Onların ortalama baxışı 2 saat olub. Rus kanallarına baxış sayı isə 1 milyon 550 min olub və ortalama bazış müddəti 30 dəqiqədir. 25 faiz əhali isə digər platformaları izləyib".