Bugünlərdə tanınmış meyxanaçı Balaəli Maştağalı həbsdə olan Rəşad Dağlıya baş çəkib.
"Sherg.az" xəbər verir ki, Balaəli bunu meyxana üslubunda söz xiridarlarının diqqətinə çatdırıb. O qeyd edib:"Rəşada sənəti tərgitmək istədiyimi söylədim. O da dedi ki, otur, sözümə qulaq as. Zindan əzabı müvəqqətidir. Gözlə gələcəm.”
Qeyd edək ki, tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.