Balaəli sözünə dönük çıxdı! - İndi evdə atan sənə baxmır?+ Video

Meyxanaçı Balaəlinin arxiv videosu yayılıb.
"Sherg.az"ın məlumatına görə, meyxanaçı dörd il əvvəl xanımla birgə ifa etməyəcəyini vurğulasa da, bu yaxınlarda müğənni Nəfəslə duet ortağı olub.
Sosial şəbəkə istidafəçiləri meyxanaçının öz-özünü ifşa etdiyini yazıblar.
Dörd il əvvəl "5-də 5" proqramının qonağı olan meyxanaçı Balaəli heç bir qızla duet oxumayacağını deyib:
"Qızla duet oxumaqdan xoşum gəlmir. Xasiyyətimə uyğun deyil. Bakı kəndində böyümüşəm. Maştağadakı ab-hava başqadır. Bədahətən oxumuşam, lakin duet etmərəm. Evdə atam baxır, mənim üçün ayıbdır. Heç bir qızın əlindən tutub. oxuyabilmərəm, evdə ağsaqqalım 

Qeyd edək ki, Balaəli 17 iyun 2019-cu ildə "5-də 5" verilişinin qonağı olub. 2023-cü ilin yanvar ayının 23-də isə instaqram səhifəsində müğənni Nəfəslə oxuduğu "Gizli eşq" duetini paylaşıb.