"Ölüm haqqında həmişə düşünürəm. Övladlarımı o günə hazırlayıram".
"Sherg.az" xəbər verir ki, bunu xalq artisti Flora Kərimova "Astar" yutub kanalına müsahibəsində deyib.
Sənətçi "Ölüm barədə tez-tez fikirləşirsiz?" sualını belə cavablayıb:
"Düşünəndə üşüyürəm, amma ölümdən qorxmuram. Çünki adam hər yatanda sanki ölüb qayıdır. Gözünü açacağını bilmirsən. Yeganə arzum odur ki, balalarımı görə bilim".