Türkiyədə bu şəhər zəlzələ səbəbindən tamam söküləcək

Zəlzələdən çox fəsadlar görən Nurdağı şəhəri tamamilə sökülüb, yenidən bərpa olunacaq.
Bakupost.az xəbər verir ki, Qaziantepdə yerləşən şəhər təbii fəlakət səbəbindən bərpa olunmaz hala gəlib. Ona görə bu şəhəri tam dağıdıb, yenidən tikmək barədə qərar verilib.
Bu barədə şəhər rəhbəri Osman Bilgin məlumat verib.
“Təkcə bir binanın dağıntıları altından 150 meyit çıxarılıb. Sonuncu 8 dağılmış binada axtarış işləri aparılır. Binanın və şəhərin vəziyyəti bunu tələb edir ki, şəhər infrastrukturu təmir yox, yenidən, başdan yaradılmağa uyğundur”, - deyə o bildirib.
Xatırladaq ki, fevralın 6-da səhərə yaxın baş verən zəlzələdə Qazıantep ciddi zərər görüb.