Mübariz İbrahimovun atası xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır - YENİLƏNDİ

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun səhhətində ciddi problemlər yaranlıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, o, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
***
Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov Bakupost.az -a açıqlamasında atasının vəziyyətinin ağır olduğunu və xəstəxanaya yerləşdirildiyini təsdiqləyib. O, xəstəxanada olduğunu bildirib və əlavə suallara cavab vermək istəməyib.