Kreml Kadırovun Süleyman Kerimovla münaqişəsini şərh etməyəcəklərini bildirib

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun həyatına suiqəsdin hazırlanması ilə bağlı açıqlamasını, dağıstanlı iş adamı Süleyman Kerimov və Dövlət Dumasının deputatları ilə münaqişəsini və Kadırovun “qan davası” çağırışlarını şərh etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov məlum vəziyyəti şərh etməyəcəklərini söyləyib.

O bildirib ki, əgər hansısa təhdid varsa, hər bir vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edə bilər, hansı ki, həmin hüquq-mühafizə orqanları qanuna uyğun olaraq lazımi tədbirlər görür. Burada başqa şərh ola bilməz.

Qeyd edək ki, Kadırov dağıstanlı iş adamı Süleyman Kerimov və Dövlət Dumasının deputatları Bexkan Baraxoyev və Rizvan Qurbanovu ona qarşı suiqəsd hazırlamaqda ittiham edib.


Bildirib ki, adı çəkilən şəxslər əksini sübut etməsələr, qanın qisası alınacaq.