Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ baş verib.
Sherg.azz-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilir ki, 5,9 bal gücündə zəlzələnin mərkəzi Malatya olub. Ancaq yeraltı təkanlar Diyarbəkir və Elazığ kimi fəlakət bölgələrində də hiss edilib.

Yeraltı təkanların ocağı 10.07 kilometr dərinlikdə olub.