Əhməd İsmayılov: “Cəmiyyətlə düzgün kommunikasiya qurulmalıdır”

“Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bunun əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır”.
Oxu.Az xəbər verir ki, bunu “Effektiv kommunikasiya” mövzusunda təlim-seminarda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir:
"Müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün də vacib addımlar atılır".
Ə.İsmayılov qeyd edib ki, tədbirlərdən bəhrələnərək neçə belə uğurlu layihələr həyata keçirə bilərik:
“Öz təcrübələrimizi sizinlə bölüşməyə hazırıq”.
Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.