Nazir: “Azərbaycan BMT-nin dəstəyini yüksək qiymətləndirir”

“Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasına qoşulmayıb”.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə yüksək səviyyəli strateji məsləhətləşmələr zamanı deyib.
O söyləyib ki, bu Konvensiya region ölkələrinin transsərhəd su problemlərinin həlli istiqamətində səylərini birləşdirərək səmərəli əməkdaşlıq edə biləcəyi yeganə mövcud platformadır.