SOS!  - Fazil Mustafa nəzarətə götürülsün: agentlər tibbi personala "sızıb?"

“İndi millət vəkili Fazil Mustafanın müalicə olunduğu xəstəxana xüsusi nəzarətə götürülməlidir”.
"Sherg.az" xəbər verir ki. bu barədə tanınmış jurnalist Sevinc Telmanqızı öz Feysbuk profilində yazıb. Həmkarımız diqqətə çatdırıb:
“İran agentləri tibbi personal arasında da ola bilər. İşi yarımçıq saxlamamaq üçün yeni təxribatlar da edilə bilər. Ehtiyat, ehtiyat, maksimum ehtiyat!”.
Qeyd edək ki, ötən gecə axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında sui-qəsd olunub. O, çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib.