Müğənni:“Məhərrəmlikdə estetik əməliyyat etdirəcəyəm”

“Kökələndə öldürürdülər məni, yazırdılar ki, “ay gombul”.  Çoxu deyir ki, biz sizi elə kök sevirdik. Mən isə özümü o cür sevmirdim. Çox əziyyət çəkirdim”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Günün sədası” proqramında Əməkdar artist Mətanət İsgəndərli deyib. O bildirib ki, növbəti dəfə estetik əməliyyat olunacaq: 
“Onsuz da kök idim, pandemiyadan sonra qolum sındı, atam dünyasını dəyişdi, depressiyaya düşdüm. Çəkimin üstə 20 kilo gəldi. 107 kiloya çıxmışdım.  

Veirlişlərdən birində qonaq idim. Hamı zəng etdi ki, sən efirə çıxma, nə boyda olmusan? Təssəvvür edin ki, ekrana sığmırdım. Qərara gəldim ki, özümü arıqladım. Ayaqlarım və belim ağrımasa ,bəlkə də, əməliyyat olunmazdım. 

Görünüşdən də çox, səhhətimlə bağlı əziyyət çəkirdim. Sümüyüm də incədir, ona görə çox çəki olmaz. Sağlamlığıma görə etdirdim. Yata, dura, oxuya bilmirdim. Enli paltarlar geyinirdim, indi onun üstə dava gedir, deyirlər, bizə verin də. Çoxunu vermişəm, deyirəm, rədd olsun bu paltar gözümün qarşısından. Gözüm bir də görməsin. 
Bundan sonra əməliyyat etdirmək istəyirəm. 

Üz gərmə, xırda prosedurlar olacaq. Məhərrəmlik ayında bunları etdirəcəyəm. Yəqin ki, növbəti dəfə estetik əməliyyat olunanda bundan da arıq görünəcəyəm. Bəzi yerlərdə piylər var, onları çıxartdıracağam. Kök olanda həkimə getdim, dedi ki, azı 15 kilo arıqlayıb sonra gəlməlisən, 1 ildə 45 kilo arıqladım”.