Flora Kərimovadan TƏBRİK:"İstedadınız hər zaman təqdirəlayiqdir" 

Xalq artisti Flora Kərimova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor vəzifəsinə təyin edilən Yusif Eyvazovu təbrik edib. 
“Sherg.az” xəbər verir ki, bununla bağlı o, sosial şbəəkə hesablarında status paylaşıb. 
Eyvazovla fotosunu yerləşdirən sənətçi bu sözləri yazıb:
“Yusif oğlum, təbrik edirəm. İnsanlığınız, istedadınız, alicənablığınız hər zaman təqdirəlayiqdir. Sizə həvalə olunan vəzifəni şərəflə idarə edəcəyinizə şübhə etmirəm. Vətənə xoş gəlmisiz. Qədəminiz uğurlu olsun! Öpürəm”.