Xalq artisti "üsyan etdi": "Nə zaman sakit yaşayacaq bu millət?"

Xalq artisti Brilliant Dadaşova ötən gün Ermənistan sərhəddə törətdiyi təxribatla bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, bununla bağlı o, instaqramda yazıb.
Sənətçi bu dəfə də fikirlərini özünəməxsus tərzdə bölüşüb:
“Yenə qarışıqlıq, yenə göz yaşı. Tanrı əsli-kökü bilinməyən əyyaşı bizə niyə qonşu etdi. Haradandır bu qədər dərd, belə zillət. Nə zaman sakit yaşayacaq bu xalq,  millət?Nədən Türkün daşı bu qədər ağır oldu? Niyə heç tapılmır dostu-sirdaşı?”.