Elçibəyə aid ilk şəxsiyyət vəsiqəsi nümunəsi - FOTOLAR

Keçmiş baş nazir Pənah Hüseyn Azərbaycan Respublikası vətəndaşının ilk şəxsiyyət vəsiqəsi nümunəsi hesab edilə biləcək çox qiymətli sənədin surətini paylaşıb.
“Sherg.az” xəbər verir ki, bununla bağlı o, Feysbukda qeyd edib:
“Hörmətli proffesor  Ədalət Tahirzadə Əbülfəz Elçibəyə aid Azərbaycan Respublikası vətəndaşının ilk şəxsiyyət vəsiqəsi nümunəsi hesab edilə biləcək çox qiymətli sənədin surətini paylaşıb. Əlavə edim ki, Prezident seçiləndən sonra Ə. Elçibəy dərhal milli kimlik sənədlərinin hazırlanması tapşırığını vermişdi və iş başlanmışdı. Bu istiqamətdə baxılan başqa bir sənəd nümunəsinin də surətini təqdim edirəm”.