Rəşid Mahmudovdan TƏRS KÖŞƏ: “Adama baş yox, ayaq lazımdır”

Uzun müddətdir, efirlərdə olmayan fizioloq Rəşid Mahmudov açıqlama verib.
Tanınmış həkim “Sherg.az”la həmsöhbət olub.
O bu günlərdə kitab yazmaqla məşğul olduğunu bildirib:
“ Əvvəl 850 səhifəlik kitab yazmışam. İndi isə orqanların funksiyalarının, şəkillərinin yer aldığı kitab hazırlamışam.  Səhhətim yaxşıdır, bir az ayağım ağrıyır. Adama baş deyil, ayaq lazımdır. Başın yerinə qarpız da qoysan, ayağın aparacaq. Ayağınızdan muğayat olun. Azərbaycan televiziyasını izləmirəm, türk kanallarına baxıram”. 

R. Mahmudov efirdəki şou-biznes adamlarının xoşagəlməz davranışları ilə bağlı suala gəlincə, bunları söyləyib: 
“O bizim problem deyil, nə qədər istəyirlər şıllaq atsınlar. Mənasız şeylərdi, pul qazanmaq üçün hər şeyə gedirlər”.