Ramiz Novruzun qızı intihar edib? -  İnstaqramda paylaşım

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzun intihar etməsi ilə bağlı şayiələr yayılıb.
“Sherg.az” xəbər verir ki, bununla bağlı stilist özü instaqramda paylaşım edib.
O, yaxınlarının və dostlarının bu xəbərə görə narahat olduğunu, ona yazdığını bildirib:
“Mən Azərbaycanda olmadığıma görə, Ayan (qızı- red.) belə  bu xəbəri eşidib qorxub. Görəsən, bu dünyanın sonu hara gedir? Düşünürəm, yəqin ki, bunu xəyal edənlər var”.
Qeyd edək ki, ötən həftələrdə canlı yayım açan Ş. Novruz atasının ölümündən sonra intihar etməyi belə düşündüyünü demişdi.