Xalq artisti jurnalistdən 100 min AZN tələb edir – QALMAQAL!

Xalq artisti Könül Xasıyeva və tanınmış jurnalist Pərviz Hüseynin məhkəmə prosesi davam edir.
“Sherg.az”ın əldə etdiyi məlumata görə, xanəndə şou yazarından 40 min mənəvi, 60 min manat maddi olmaqla, ümumilikdə 100 min manat təzminat tələb edir. 
Tərəflər növbəti dəfə aprelin 27-də hakim qarşısında üz-üzə gələcəklər. 

Qeyd edək ki, qalmaqala P.Hüseynin ötən il K.Xasıyeva haqda status yazması səbəb olub.
Paylaşımda jurnalist xanəndənin sənət dostlarından ona bir toyun pulunu bağışlamasını istəməsinə irad bildirib. İllər öncə xalq artistinə toplanan ianə ilə 2 min manata it alması iddiasından bəhs edib.