Tanınmış vəkil:“Rəşad Dağlının cəzası xeyli yüngülləşə bilər”

Meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehdiyevin hüquqi varisi olan qardaşı Etibar Mehdiyevin onların telefon danışıqlarna şahidlik etdiyi üzə çıxıb.
“Qafqazinfo”nun məlumatına görə, E. Mehdiyev deyib ki, qardaşı Rəşadla görüşməyə gedəndə onunla danışdıqlarından bəhs edib:
“Soruşdum ki, nə məsələdir, dedi ki, üzdəniraq söhbətidir və bu söhbəti edənlərin üstünə gedirlər. Sonra isə dedi ki, “Rəşad çaşsa, onu vuracağam”.

Etibar həm də söyləyib ki, ailə olaraq bir şikayətləri və tələbləri yoxdur. 

Bəs açıqlanan bu detallar Rəşadın məhkəmə prosesinə necə təsir göstərəcək? İskəndərin görüşə gedəndə qardaşına dedikləri və ailənin şikayətinin olmaması Rəşadın cəzasını yüngülləşdirə bilərmi?

“Sherg.az” suallarını cavablandıran vəkil Elçin Sadıqov məsələ ilə bağlı bu şərhi verib:

“Cinayət işininin detallarını bilmirəm. Zərərçəkmiş hansısa qanuna zidd hərəkət edibsə, cinayətə əl atıbsa, şəxs özünü müdafiə həddinə düşübsə, burada zəruri müdafiə həddi və ya bunu aşmaq ola bilər. Zərərçəkmişin ailəsi şikayətçi deyilsə, cinayət məcəlləsinin 59-cu maddəsinin təsir dairəsinə düşür. Bu da Rəşad Dağlıya gələcəkdə cəza təyin olunması məsələsində xeyli yüngülləşdirə bilər”.