Mehriban Əliyevadan meyxanaçı ilə bağlı GÖSTƏRİŞ:“Nə vaxt lazım olsa...” 


Uzun illərdir, səhhətindəki problemlərlə mübarizə aparan meyxanaçı Kərim Novruzovdan (Ağakərim) xəbər var. Bu barədə “Sherg.az”a onun yaxın dostu, həmkarı Ağamirzə Məmmədov danışıb.
Söz ustadı deyib ki, Ağakərimin vəziyyətində bir dəyişiklik yoxdur:

“Vəziyyəti olduğu kimidir. Nə dura, nə gəzə, nə də fərli danışa bilir. Çox vaxt danışmır. Danışanda da başa düşmək olmur. Pisə doğru irəliləyiş var ki, yaxşılığa doğru yox. Həkimlər də deyirlər ki, belə qalsa, yaxşıdır. Çarə yoxdur. Hərdən gedirəm. 

Bir-iki dəqiqə yanında oluram. Deyirəm, Kərim, necəsən? Heç nə demir, eləcə baxır. Danışmaq yoxdur. Mən də pis oluram. Arada danışmağa çalışır.

 Allah Birinci vitse-prezident Mehriban xanım Əliyevaya can sağlığı versin, ömrünü uzun etsin. Birinci xanım göstəriş verib. Nə vaxt lazım olsa, Mərkəzi Klinika Kərimin qulluğundadır. Lakin oralıq bir şey yoxdur. Ancaq müalicə olunur”.

Qeyd edək ki, meyxanaçının beyninə 2017-ci ildə qan sızıb. Sənətçi 2021-ci ildə yenidən insult keçirib.