Əvəz Zeynallının məhkəməsi yenə təxirə düşdü

Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının məhkəmə prosesi baş tutmayıb.
Bakupost.az -ın məlumatına görə, jurnalistin növbəti məhkəməsi mayın 6-da baş tutacaq.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.