Saymon Stil: Hər kəsi iqlim dəyişikliyi probleminin həllinə cəlb etməliyik

“Biz təqdim etdiyimiz həllərlə yerli icmaların fikirləri üst-üstə düşməlidir”.

Sherg.az xəbər verir ki, bunu Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib.


O bildirib ki, irəliyə getməyin yolu yalnız əməkdaşlıq, çoxtərəfli prosesdir:

“Biz bütün səsləri dinləməliyik. Bütün insanları bu prosesə cəlb etməliyik. İstəyirik ki, həll tapaq və sürətli şəkildə iqlim dəyişikliyi problemində irəliləyişə nail olaq”.