Hökumət Netanyahu və müdafiə nazirinə İranın raket hücumuna cavab üçün səlahiyyət verib

İsrail hökuməti Baş nazir və müdafiə nazirinə İranın raket hücumuna cavab verməklə bağlı səlahiyyət veribAPA xəbər verir ki, bu barədə KAN məlumat yayıb.

Məlumata görə, İsrail Nazirlər Kabineti Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallanta İranın raket hücumuna cavabın vaxtı və yolu ilə bağlı qərar vermək səlahiyyəti verib.