Fransa parlamentini su basdı

Parisə yağan leysan yağışları səbəbindən Fransa parlamentinin aşağı palatasının yerləşdiyi binanı su basıb.
Axar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Daşqın səbəbindən deputatlar və onların köməkçiləri təcili təxliyə edilməli olub. Daşqın 2025-ci ilin dövlət büdcəsi layihəsinin yaxın vaxtlarda müzakirəyə çıxarılmalı olduğu vaxtda baş verib və parlamentin işini çətinləşdirib.