Mina partlayışı ilə əlaqədar cinayət işi açıldı

Aprelin 26-sı Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Sherg.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əlavə məlumat veriləcək.