Britaniya səfiri mina partlayışı ilə bağlı başsağlığı verib - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtərin Talış kəndi ərazisində üç nəfərin tank əleyhinə minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.
Oxu.Az xəbər verir ki, paylaşımda deyilir:
“Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm”.