Bakıda doğulan dördəmlərin qeydiyyat mərasimi keçirilib

Bakıda doğulan dördəmlərin qeydiyyat mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasim Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Bildirilib ki, Maştağada yaşayan Məmmədovlar ailəsində dördəm dünyaya gəlib. Ailə övladlarına Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə İlham, Mehriban, Ərdoğan və Heydər adlarını verib.
Qeyd edək ki, uşaqlar Respublika Perinatal Mərkəzində dünyaya gəliblər. 8 ildir ailəli olan 32 yaşlı Murad və 30 yaşlı Aygülün 7 yaşlı Ayan adlı bir qızları da var.