Siesta əslində İspan adətidir. Lakin Meksikada da tanınır.
"Sherg.az" "Hürriyet.com.tr"-yə istinadən xəbər verir ki, bu ənənəni İspaniyanın hər yerində tətbiq etməyə çalışırlar. Günorta yuxusunun təmin edilməsinə xidmət göstərir.
"Günorta yuxusu" mənasını verən Siesta İspaniya ilə yanaşı Latın Amerikası ölkələrində mövcuddur.
Mütəxəssislərin apardığı araşdırmaya görə, həm gecə, həm də gündüz yuxusunun əlaqəsiz sözləri yadda saxlamaqla yaddaş gücləndirici təsirinin olduğu görülüb.
2008-ci ildə Kaliforniya Universitetinin əməkdaşı Sara Mednik və onun komandası da tədqiqat aparıb. Bir fincan qəhvənin tərkibindəki kofein ilə (200 mq) 60-90 dəqiqəlik gündüz yuxusunun yaddaşa təsiri müqayisə edilib. Qəhvənin mənfi təsiri yoxdur. Yuxu isə yaddaşı yaxşılaşdırır.
Bəzi şirkətlər gündüz yuxusunun işdə keyfiyyəti artırdığına inanır. Ona görə də işçilərinə iş yerində yatmaq imkanı təklif edir. Kompüter proqramları istehsalçısı HubSpot-un Massaçusets ofisindəki otaq "hamaklarla" (iki ağac və ya dirək arasına asılaraq, içində yatmaq mümkün olan yellencəkli yataq) doludur. Çalışanlar bu otaqdan istədikləri qədər istifadə edə bilərlər.
Şirkət rəsmiləri bildirirlər ki, gündüz yuxusu işçilərə müsbət təsir edir və sui-istifadəyə yol verilmir. Araşdırmalara görə, gün ərzində yatmaq üçün ideal vaxtlar günorta saat 14:00-16:00 arasıdır. Yəni səhər oyandıqdan 6-8 saat sonra yatmaq üçün ən yaxşı vaxt hesab olunur. Bu yuxudan tam yararlanmaq üçün 60-90 dəqiqə yatmaq lazımdır.
Qeyd edək ki, mövcud adətin (üsul) Azərbaycan iş mühitində tətbiq edilməsi hələ də müzakirə predmeti deyil.