Anar Kərimova yeni vəzifə verilib

Azərbaycanın sabiq mədəniyyət naziri Anar Kərimova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ICESCO) vəzifə verilib.
"Report"un məlumatına görə, o, təşkilatın Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib.
Qeyd edək ki, A.Kərimov ötən ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad olunub.