Aşkarlanan minaların sayı açıqlanıb

“İşğaldan azad edilmiş ərazilərdə 810 236 026 kvadrat hektar sahə mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənib”.
Bunu “Report”un Qarabağ bürosuna Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) 3 saylı təmizləmə qrupunun supervayzeri Azər Hüseynov deyib.
O bildirib ki, təmizlənmiş ərazidən 28 235 ədəd piyada əleyhinə mina, 15 258 ədəd tank əleyhinə mina, 44 228 ədəd isə partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.