Gələcəyi analar yetişdirir


  Hər bir övlad öz ailəsinin işığıdır. Minlərlə insan məhz övlada sahib olmaq üçün çalışır. Bu bəzi hallarda boşanmalarada gətirib çıxarır. Kimiləri körpələrinin olması üçün nələr edir, kimiləri isə körpələrini istəmir ve onları küçəyə atırlar. Bu problem təbiikidə təkcə Azərbaycanda baş vermir. Bu problemin əsas səbəbi kimi savadsızlıq, erkən nigah, sosial mühitlədə əlaqələndirə bilərik.
Erkən nigah:
  Nə qədər desək ki, artıq yeni dövrdə yaşayırıq. Heç kim öz övladını məcburi nigaha sala bilməz.Düşünsəkdə qarşımıza çıxan xəbərlər bizi məyus edir. Qiz uşaqları təhsildən uzaqlaşdırılır və nigaha təhrik edilir. Bəs bunun qarşısını almaq üçün nə etməliyik?. Öz övladını zorla nigaha təhrik edən valideynlər məsuliyyət daşıyırmı?.
  Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsində deyilir ki,18 yaşı olan şəxslər nikaha girə bilər.Bəzən zəruri hallarda isə bu 1 il azaldıla bilər. Bu qanunun pozulması ölkəmizdə savadsızlığa və həssas ailələrin sayının artmasına gətirib çıxarır.
  Övladını erkən nigaha təhrik edən valideyn düşünmür ki,bu ailə münaqişələrinə, boşanmalara gətirib çıxarır. Belə hallarda boşanma olduqda anada körpəsinə baxa bilmir. Boşanmaların sayı durmadan artır. Körpələr küçələrə atılır. Övlad sahibi olmayan valideynlər isə bu körpələri övladlığa alırlar, əsasən 0-1 yaş aralığında olan körpələri götürürlər.
Savadsızlıq:
  İndiki dövrdə texnologiyanın inkişafı uşaqları kitabdan uzaqlaşdırır. Bəzi valideynlərin diqqətsizliyi isə uşaqların məhvinə gətirib çıxarır. Bununlada bitmir, Universitetə qəbul olmayan qız uşaqları öz evlərində rahat otura bilmirlər. Valideynlərin hədsiz üsyanı uşaqlarda əsəbə və aqresiyaya səbəb olur. Uşaqlar canlarına qıyır və ya çıxış yolunu ailə qurmaqda görürlər. Təəssüf ki, bu hallar tez-tez baş verir. Düzgün düşünülməyib qurulan ailə həyatı isə gələcəkdə problemlərə səbəb olur.
  Gələcəyi analar yetişdirir:
Analarin savadlı olması çox vacibdir.Ana nə qədər savadlı olsa, övladına bir o qədər yaxşı baxa bilər. Ananın oxumuş, savadlı olması övladda özgüvənədə səbəb olur. Bir sözlə gələcəyi Analar yetişdirir!.
  Ilhamə Rəsul:
  Bu cür insanların məsuliyyətə cəlb olunmasını vacib bilirəm, çünki bu insanı ölümə tərk etmək deməkdir. Uşağı uşaq evinə qoymaq olar, amma o halda ki, valideyinin ona baxmaq imkanları yoxdur. Valideynlərdən biri və ya hər ikisi xəstədir, psixi durumları yerində deyil.Bu hallar baş verdikdə usağı uşaq evinə vermək lazımdır. Sağlam mühitdə böyüyə bilmirsə, uşaq evində böyüməsi daha düzgündür.
  Valideyinlər uşaqlarını niyə atır?. Bu İki səbəbdən baş verir. Ya maddi problemlər vardır, yadaki psixoloji problemlər yaranıbdır. Məsələn, tərəflərdən biri ölüb və ya ayrılıb digər tərəf isə depresiyaya düşüb və uşağını istəmir. Haqq vermirəm, amma Azərbaycanda atılmış uşaqları saxlayan qurumlar var və uşaqların bu cür qurumlara verilməsi daha münasib olar. Uşaqları küçəyə, zibilliyə atmaq isə cinayət sayılır.
  Mehriban Zeynalova:
Ailə kişi və qadının könüllü birləşməsidir və bu birləşmə zamanı tərəflərin bir-birinə konkret hər hansı öhtəlik və vəzifə götürmək məsələsi, vacib məsələlərdən biridir. Təəsüf ki, bizdə birləşmə daha çox fiziki birləşmə olur, yəni düşünülmüş, gələcəyə yönəlikli, uşaqların gələcək həyatının formalaşmasında əvvəlcədən düşünülmüş planlı evliliklər bizdə çox azdır. Daha çox fizikidir. Kimlərinsə təkidi ilə gecikmiş nigahlar və yaxud tələsik nigahlar, maraqlar çərçivəsində nigahlar birdə emasional nigahlar var. Çox az sayda bizdə elə gənclər var ki, düşünülmüş nigahlara üstünlük verir.Amma evlilik məsələrində xüsusi təsirlər var.Bizim mental münasibətlərimiz o cümlədən qohumların düşüncə tərzi, cəmiyyətin düşüncə tərzi və.s. Belə evliliklər şəxslərin münasibətinə deyil, çevrənin münasibətinə  qaynaqlanır. Bu isə ailənin dayanıqlı və davamlı olmasına bəzi əngəllər törədir və boşanmalara gətirib çıxarır.

MÜRSƏLOVA MƏDİNƏ