İsfahanda etirazlara qatılan üç gənc dar ağacından asıldı - FOTO

İranın İsfahan şəhərində etirazlara qatılan üç gənc dar ağacından asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, bu gün səhər saatlarında İsfahan şəhərindəki “Dəstgerd” zindanında “Xane-ye-İsfahan” işi üzrə Saleh Mirhaşemi, Məcid Kazemi və Səid Yəqubi barəsində çıxarılan ölüm hökmü icra olunub.

Bildirilib ki, onlar 2022-ci il noyabrın 25-də İsfahanda Məhhəle-Xane meydanında təhlükəsizlik qüvvələrinin 3 əməkdaşına silahlı hücum edərək onları qətlə yetirməkdə ittiham olunublar.
Qeyd edək ki, İsfahanın mərkəzi zindanının önündə edam edilmiş həmin üç gənc barəsində çıxarılan ölüm hökmünə etiraz olaraq aksiya keçirilib. Həbsxana qarşısına toplaşan kütlə molla rejiminə qarşı şüarlar səsləndirib.