Qanı qiymətinə dərmanlar... - Səbəb nədir?

"Ölkədə satılan preparatların qiyməti dərman maddələrinin idxalı ilə əlaqəlidir".

Bunu "Sherg.az"a tibb elmləri doktoru, professor Adil Qeybulla deputat Fazil Mustafa dərman qiymətlərinin digər ölkələrdən 7-8 dəfə baha olmasından danışarkən deyib. O diqqətə çatdırıb ki, Azərbaycan dərman istehsal yox, idxal edir:
"Son vaxtlar Rusiya-Ukrayna müharibəsi həmin ərazilərdə dərman infrastrukturuna da xeyli təsir göstərib. Nəticədə də ölkədə ciddi defisit yaranıb. Mövcud problemin aradan qaldırılması üçün qardaş Türkiyədən dərman idxalını həyata keçirməli və zamanla birgə istehsala başlamalıyıq. Millət vəkili Fazil Mustafanın fikirləri ilə razıyam".

Qeyd edək ki, ötən gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Deputat Fazil Mustafa dərman qiymətlərinin digər ölkələrdən 7-8 dəfə baha olduğunu bildirib.