Arif Hacılı evə buraxıldı  - "Səs-küydən uzaq olmalıdır"

Bir neçə gün əvvəl açıq ürək əməliyyatı olunan Müsavat Partiyasının başqanı Arif Hacılı xəstəxanadan evə buraxılıb.

Bu barədə Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı "Sherg.az"a məlumat verib. O diqqətə çatdırıb ki, A.Hacılının vəziyyəti normaldır:


"Amma əməliyyatdan sonrakı dövrdə bir müddət səs-küydən uzaq olmalı, sakit şəraitdə müəyyən dərman vasitələrini qəbul etməlidir. İnfeksiya, mikrob keçməsin deyə onunla ehtiyatlı davranmalıyıq. Hər şey yaxşıdır".