"Telefon, planşet, televizor uşaqların psixoloji vəziyyətinə və loqopedik cəhətdən nitqinin inkişafına mənfi təsir göstərir".
Bunu "Sherg.az"a defektoloq-loqoped Lamiyə Şıxəlizadə valideynlərin övladlarını xarici dillərdə cizgi filmlərinə baxmağa icazə verməsindən danışarkən deyib. Onun qənaətincə, uşaqlar televizor, telefon, planşet kimi elektronik cihazlardan uzaq durmalıdırlar:
"Bütün bunlar nitqin inkişafını ləngidir. Bəzən valideynlər mütəxəssisləri dinləmir, ona görə də uşaqları xarici dildə cizgi filmlərinə baxmağa icazə verirlər. Övladının loqopedik problemləri olan və ya olmayan valideynlərə məsləhət görürəm ki, uşaqlar cizgi filmlərinə ana dilində baxsınlar. İlk növbədə dili ana dilində açmaq lazımdır. Daha sonra digər dillər öyrənilməli, mənimsənilməlidir. Övladların xarici dil bilməsi üçün yalnız buna məktəb dövründən sonra başlanılmalıdır".