Bu tarixdən Həcc ziyarəti başlayır

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Bakupost.az -a verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.
Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.