TƏBİB sədri qızına dəbdəbəli toy etdi

TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızına toy edib.
Bakupost.az Manset.az-a istinadən xəbər verir ki, sədrin qızı Aygül Qurbanovanın toy mərasimi Bakıda dəbdəbəli restoranların birində baş tutub.
Məclisə qonaq qismində nazirlər, deputatlar, komitə sədrləri, bir sıra ictimai-siyasi xadimlər və yüksəkvəzifəli şəxslər qatılıblar.
Toyda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, müğənni Zamiq Hüseynov və digər sənətçilər, rəqs qrupları çıxış ediblər.