Bakıda qadının içində 23 min dollar olan çantası oğurlanıb

Bakıda qadının içərisində xeyli miqdarda pul olan çantası oğurlanıb.

DİN-dən APA-ya verilən məlumata görə, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23.500 ABŞ dolları və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.