Şoyqu: Ukrayna Krıma raketlərlə zərbə endirməyi planlaşdırır

İyunun 4-dən bəri Ukrayna Silahlı Qüvvələri Rusiyanın mövqelərinə 263 hücum edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, bu hücumların hamısı dəf edilib.

Şoyqu qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Krıma “HIMARS” və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırır.

"Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması demək olacaq. Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək", deyə Şoyqu vurğulayıb.