Əkinçiliyin inkişafı layihəsinə 175 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu əkinçiliyin inkişafı layihəsi üzrə 175 min manat güzəştli kredit verib.

“Report” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.

O qeyd edib ki, vəsait Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkar Murad Həsənova ayrılıb.