Söyüdlü hadisələri təxtibatdırmı? - Professorun təhlili..

Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələr sıradan bir məsələ kimi təqdim olunmamalıdır. Burada baş verənlər yüksək səviyyədə hazırlanmış və dövlətimizin imicinə ziyan vurmaq üçün həyata keçirilib. Mətbuatda və sosial şəbəkələrdə getmiş materiallar əsasında siyasi analiz aparmağa çalışdım. Bəzi yanaşmalar həddən artıq narahatlıq yaratdığı üçün, subyektiv fikirlərimi sizlərlə bölüşmək istədim.

Qarşıdurmanın əvvəlcədn planlı şəkildə hazırlanmış bir təxribat olduğunu aşağıdakı suallar gündəmə gətirir:

1. Niyə Söyüdlü kəndinin sakinləri 11 ildən sonra süni gölün ekoloji cəhətdən təhlükəli olduğunu deyirlər?
2. Hadisələrdə əsasən qadınlar və uşaqlar polisə saldırırlar? Axı polis heç bir müdaxiləyə cəhd etmirdi və ictimai təhlükəsizliyi təmin edirdi;
3. Polislə dinc əhali arasında qarşıdurma yaratmaq hansı dövlətlərin marağına xidmət edir?
4. Niyə bu hadisələr indi baş verir? Azərbaycanda daxili təhlükəsizliyin davamlı olmadığını sübut etmək cəhdi kimlərin “dəyirmanına su tökməyə” lazımdır?
5. Nazir V.Eyvazovu kimlər əntixalq statusunda təqdim etmək istəyir və kimlər qarşıdurmadan yaralanıb nazir olmaq istəyir? 

Bu sualları kifayət qədər artırmaq olar. Ancaq bu təxribatı törədən qüvvələrin maraqları başqa məsələlərdir. Vaxta diqqət edin. Azərbaycanla Ermənistan arasında imzalanması real görünən Sülh sazişinin daha çox Vaşinqton platformasından sonra gündəmə gəlməsi Moskvanı çox narahat edir. Rusiya ABŞ-ı Qafqazda görmək istəmir. Halbuki Amerika Cənubi Qafqazda dayanıqlı sülhün carçısı və qarantı statusunda çıxış edir.Amerika şirkəti oolan “RV İnvestment” şirkəti Azərbaycana sərmayə qoyan bir şirkətdir. Məqsəd ölkəmizdə dayanıqlı siyasi sabitliyin olmadığını sübut etmək və Azərbaycan sərmayə qoyiluşuna mane olmaqdır. Bu isə Qarabağa və Şərqi Zəngəzura qayıdış planımnı gecikdirmək və ölkə prezidentinin imicinə xələl gətirməyə hesablanmış bir siyasi gedişdir.

Son zamanlar siyasi səhnədə ABŞ-ın yenidən hegemonluğu ələ almaq cəhdi şimal və cənub qonşularımızı çox narahat edir. Azərbaycanı Rusiyanın siyasi təsir dairəsinə salmağa cəhd edən “milli” beşinci kolon Rusiyanın Federal Təhlükəsizliok Xidmətinin, Baş Hərbi Kəşfiyyat İdarəsi ilə birgə hazırladıqları planı həyata keçirirlər. Sazişin imzalanması isə Rusiyanın Qafqazdakı siyasi məğlubiyyəti deməkdir.

Sadə insanları təxribata çəkənlər həm də ermənilərin maraqlarına xidmət etmiş olurlar. Çünki ermənilər Gədəbəy rayonun ərazisindəki Başkəndə olan iddialarını gündəmə gətirməyə başlayıblar. Qarşıdurmadan yaralanmağa çalışacaqlar. 
Ən təhlükəlisi Kəlbəcərin ərazisindəki qızıl yataqlarınu uzun müddət istismar edən Rusiyanın yüksək çinli məmuruna bağlı şirkətin əvvəlki kimi bütün qızıl yatağını istismarını bərpa etmək isyəyidir. 

Mənim əziz soydaşlarım bilməlidirlər ki, Rusiya bütün vasitələrlə çalışır ki, qarabağ döyüçlərində qəhrəmanlıq göstərmiş polislərimizi gözdən salsınlar, ölkədəki daxili sabitliyi pozsunlar, Ali Baş Komandan İlham Əliyevlə DİN arasında qarşıdurma yaratsınlar, onların maraqlarına xidmət edən bir “rusbaşlını” nazir etsinlər və sonda onun vasitəsi ilə Azərbaycanda dövlət çevrilişi etsinlər. Çox təhlükəli və ustalıqla hazırlanmış çoxgedişli bir plandır.

Əziz Söyüdlülər! 

Xahiş edirəm bir az sakitləşin və bütün bu məsələləri “soyuq başla” müzakirə edin. Həm polisə daş atanlar, həm də xanıma bibər qazı sıxanlar təhlükəsizlik orqanları tərəfindən dəqiqliklə araşdırılmalı, onları kimlərin təxribata çəkdiyi müəyyənləşdirilməli, siysi bağları çözülməli və lazım gəlsə cəzalandırılmalıdırlar. Bu təxribat planının icraçılarına demək isyirəm ki, bu torpağın suyu və çörəyi sizlərə haram olsun. Sizlərin təmizqanlı olmağınıza böyük şübhəm var. Indiki zamanda ölkəmizə qarşı aparılan təxribatlarda iştirak edənlər mütləq cəzalandırılmalıdırlar. 

ABŞ-Azərbaycan dostluğu bizim iqtisadi, siyasi, hərbi maraqlarımıza uyğundur və siyasi müstəqilliyimizin qarantıdır. Xırda maraqlara uyub milli maraqlarımızı təhlükəyə atmayaq. 


İstiqlalçı deputat, siyasi elmlər doktoru, professor, Birinci Qarabağ müharibəsinin veteranı Cümşüd Nuriyev