Bir qrup mətbuat və ictimaiyyətlə əlaqələr üzrə nümayəndə NATO mənzil-qərargahında olub

İyunun 22-də Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının mətbuat və ictimaiyyətlə əlaqələrə cavabdeh nümayəndələrindən ibarət heyət NATO mənzil-qərargahına səfərə gəlib.

Bu barədə APA-ya Azərbaycanın NATO-dakı daimi nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində nümayəndə heyəti NATO-nun müxtəlif struktur vahidləri tərəfindən Alyansın ictimai diplomatiya və strateji kommunikasiyalar, dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübəsi və yanaşmaları, sosial media, həmçinin media məkanında texnoloji yeniliklər və innovativ üsulların tətbiqi və digər bu kimi mövzulara həsr olunan brifinq və dəyirmi masa müzakirələrində iştirak edəcək.