Ağcabədidə fermada yanğın olub

Ağcabədi rayonunda fermada yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Cəfərbəyli kəndində ferma ərazisində ümumi sahəsi 160 m² olan qamış və taxta konstruksiyadan ibarət tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.