Evlənəndən 20 il sonra boşananların sayı açıqlanıb

2022-ci ildə 15983 boşanma qeydə alınıb ki, bunlardan 1765-i 20 il və daha artıq davam edən nikahlar arasında qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, boşanmalardan 4996-sı 5 ilə qədər, 4414-ü 5-9 il, 4808-i 10-19 il davam edən nikahlar arasında qeydə alınıb.