İranda həbs edilən Fərid Səfərliyə hökm oxunacaq

İranda həbs edilən Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Təbriz Turan TV” Teleqram kanalı məlumat yayıb.

F.Səfərlinin anası Dilarə Əsgərova bildirib ki, oğlu ilə ikinci dəfə telefonda danışıb:

“Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun, fakt ortaya qoyulub".

F.Səfərlinin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyib. Lakin İran tərəfi bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir və onu casusluqla ittiham edir.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan konsulluğumuz Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüb vəziyyəti ilə maraqlanıblar.