Bakıda dava düşüb: Bir nəfər bıçaqlandı

Bakının Nərimanov rayonunda bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Xan Şuşinski küçəsində baş verib.
Belə ki, Cavid Əli oğlu Məmmədov tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.