Elvin Mahmudzadə saxlanıldı

Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, birlik sədri bir neçə Vətən müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Yaxın saatda onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.